ABŞ prezidenti Donald Tramp İspaniya ilə bütün ticarət əlaqələrini dayandırmağı əmr edib.
Bu barədə Gundelik.az “The Telegraph” qəzetinə istinadən xəbər verir.
Tramp İspaniyanı NATO-da “dəhşətli tərəfdaş” hesab edir.
Qeyd olunur ki, Tramp maliyyə naziri Skott Bessentə müdafiə alyansına kifayət qədər töhfə verməməkdə ittiham edərək İspaniya ilə ticarəti dayandırmağı əmr edib.
“İspaniya NATO-da dəhşətli tərəfdaşdır. Onlar iştirak etmirlər, pul ödəmirlər. Mən İspaniya ilə heç bir əlaqəm olmasını istəmirəm. Xahiş edirəm, səfərlər də daxil olmaqla, İspaniya ilə bütün ticarəti dayandırın”, – deyə ABŞ prezidenti Türkiyədə keçirilən mətbuat konfransında bildirib.
