İyul 8, 2026
Baku
Dünya Xəbərlər

11 türk gəmisi Hörmüz boğazını təhlükəsiz şəkildə keçib

Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, müharibənin başladığı gündən bu yana türk sahibkarlığına məxsus 11 gəminin Hörmüz boğazını təhlükəsiz şəkildə keçərək Körfəz bölgəsindən ayrıldığını açıqlayıb.

Nazir Uraloğlu sosial media hesabında bildirib ki, Hörmüz boğazı və Bəsrə körfəzindəki vəziyyət daim izlənilir və bölgədəki gəmilər ilə Türkiyə vətəndaşları ilə mütəmadi əlaqə saxlanılır.

Açıqlamada qeyd olunub:

“Hörmüz boğazı və Bəsrə körfəzindəki inkişafları anbaan izləyir, bölgədəki gəmilər və vətəndaşlarımızla davamlı əlaqə saxlayırıq.

Son olaraq 21 iyun səhəri 2 gəminin də çıxması ilə birlikdə, müharibənin başlanmasından bu yana türk sahibkarlığına məxsus 11 gəmi Hörmüz boğazını təhlükəsiz şəkildə keçərək körfəz bölgəsindən ayrılıb.

Hörmüz boğazı və Bəsrə körfəzində ümumilikdə 7 gəmidə 177 vətəndaşımız xidmət göstərir, həmin gəmilərdən biri isə Türkiyə bayrağı daşıyır.

Hər şəraitdə vətəndaşlarımızın və gəmilərimizin təhlükəsizliyi üçün bütün zəruri tədbirlər görülməkdə davam edir.”

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az