İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi iyunun 20-də Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında İordaniya parlament nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, hər iki ölkənin səfirləri Şahin Abdullayev, Ömər Bərəkət Əl-Nəhar və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Nümayəndələr Palatasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək, ölkəmizin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Səfər iyunun 26-da başa çatacaq.

     

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Gundelik.az