İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

“Azərbaycan Dəmir Yolları”nın borcunu dövlət ödəməli oldu

“Azərbaycan Dəmir Yolları” QSC dövlət zəmanəti ilə aldığı borclara görə ötən il ödəniş edə bilməyib.

Gundelik.az xəbər verir ki, bu barədə Yurd.Media-ya qurumdakı mənbə bildirib.

Onun sözlərinə görə, əvəzində Maliyyə Nazirliyi əsas borc ödənişinə 139,9 milyon manat, faiz ödənişinə isə 18,9 milyon manat yönəltməli olub.