İyul 8, 2026
Baku
Dünya Xəbərlər

13 İyun – Dünya Albinizm Məlumatlandırma Günü

Dəri, saç və gözlərdə rəng piqmentinin çatışmazlığı ilə xarakterizə olunan və genetik fərqlilik sayılan albinizm haqqında maarifləndirmənin artırılması məqsədilə hər il 13 iyun Dünya Albinizm Məlumatlandırma Günü qeyd olunur.

Ankarada yaşayan 4 yaşlı Defne Yalçın da albinizmlə həyatını davam etdirir. Ailəsi onun sağlamlığını qorumaq üçün günəş şüalarından mühafizəyə xüsusi diqqət yetirir və mütəmadi göz müayinələrini gecikdirmir.

Defnenin ailəsi bu əlamətdar gün münasibətilə cəmiyyətdə albinizm barədə məlumatlılığın və anlayışın artacağına ümid etdiklərini bildirir. Onların fikrincə, düzgün maarifləndirmə albinizmli insanların gündəlik həyatda qarşılaşdıqları çətinliklərin və stereotiplərin azalmasına kömək edə bilər.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az