Böyük şəhərlərdə yaşıllıq sahələrinin yerini şüşə binalar və asfalt örtüklərin alması günəş şüalarını daha çox əks etdirərək dəri xərçəngi riskini artırır. Dəri xərçənginin erkən aşkarlanması ilə bağlı maarifləndirmə məqsədilə 1–12 iyun tarixlərində Türkiyə üzrə pulsuz “xal müayinələri” keçiriləcək.
Başak Yalçın bildirib ki, dəri xərçəngləri bütün dünyada artmaqdadır və erkən diaqnoz həyati əhəmiyyət daşıyır. O qeyd edib ki, xüsusilə melanoma adlı dəri xərçəngi növü həyati təhlükə yarada bilər, lakin erkən mərhələdə aşkar edildikdə müalicə şansı xeyli yüksəlir.
Mütəxəssisin sözlərinə görə, böyük şəhərlərdə:
Yaşıllıq sahələrinin azalması,
Şüşə fasadlı binaların çoxalması,
Asfalt örtüklərin günəş şüalarını əks etdirməsi
ultrabənövşəyi şüalara məruz qalmanı artıraraq dəri xərçəngi riskini yüksəldir.
İqlim dəyişikliyi və qlobal istiləşmə də risk faktorları sırasındadır. Daha isti yaylar və sərt hava şəraiti dəri sağlamlığına mənfi təsir göstərir.
Günəşdən necə qorunmaq olar?
Saat 10:00–16:00 arasında birbaşa günəş altında qalmamaq.
Günəş eynəyi taxmaq.
Dərini örtən geyimlərdən istifadə etmək.
Günəşdən qoruyucu kremi çölə çıxmazdan 10–15 dəqiqə əvvəl çəkmək və hər 2 saatdan bir yeniləmək.
Uşaqları xüsusilə günəşli saatlarda açıq havada uzun müddət saxlamaqdan çəkinmək.
Professor Yalçın vurğulayıb ki, artıq D vitamini almaq üçün günəş altında qalmaq tövsiyə edilmir; ehtiyac olduqda D vitamini həkim məsləhəti ilə əlavələr şəklində qəbul edilə bilər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
