İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Tramp: İranla razılaşmanın son mərhələsi yaxın zamanda açıqlanacaq

ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın “yekunlaşmaq üzrə” olduğunu bildirib. O, İranla “böyük ölçüdə” bir anlaşma üzərində danışıqlar aparıldığını və bunun son mərhələyə çatdığını qeyd edib. Trampın sözlərinə görə, hazırda razılaşmanın son detalları və şərtləri müzakirə olunur və yaxın zamanda bu barədə rəsmi açıqlama veriləcək.

Tramp, Truth Social hesabında etdiyi paylaşımda ABŞ, İran və siyahıda yer alan digər ölkələr arasında geniş miqyaslı bir razılaşmanın hazırlanmaqda olduğunu bildirib.

O əlavə edib ki, anlaşmanın əsas məqamları artıq razılaşdırılıb, yalnız son texniki detallar qalıb. Bu detalların yaxın vaxtlarda tamamlanacağı və razılaşmanın ictimaiyyətə açıqlanacağı gözlənilir. Tramp həmçinin bildirib ki, razılaşma çərçivəsində Hörmüz boğazının da açılması nəzərdə tutulur.

ABŞ Prezidenti qeyd edib ki, İranla bağlı prosesdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və region ölkələri ilə də məsləhətləşmələr aparılıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az