Sakarya Universiteti Psixologiya bölüm müəllim üzvü Dr. Elif Yöyen “süni intelekt” ilə bağlı diqqətəlayiq açıqlamalar verib.
“İnsanlar tənhalığa dözə bilmirlər. İnsan beyni sosial varlıqdır. Buna görə də, insanlar süni intelektlə söhbət edərək sosiallaşma ehtiyaclarını ödəməyə çalışırlar və təbii ki, ondan aldıqları kiçik məsləhətlərlə həyatlarını istiqamətləndirməyə malışırlar. Lakin bu məsləhət əslində insanların öz kiçik problemlərində belə problem həll etməyi bacardıqlarını azaldır. Əgər sevgilinizlə mübahisə etmisinizsə, ona bir çiçək alın və üzr istəyin. Biz olduqca robot kimi davranmağa başlayırıq və süni intelekt bizə hakim olmağa başlyır. Bu mənada düşünürəm ki, süni intelekt günahsız görünsə belə, dəyərsizdir, çünki insan beyninin problem həll etmə, düşünmə və mühakimə prosesini bloklayır.”
Yöyen özlərini rahat şəkildə ifadə edə bilməyən və cəmiyyətə öz yerlərini tapa bilməyən gənclərin süni intelektdən dost kimi istifadə etdiklərini vurğuladı, gəncləri ailələrinin və dostlarının bu məsələdə böyük rol oynadığını bildirdi. O, “Görünür, süni intelektlə söhbət edən gənclər sosial və ailə münasibətləri baxımından özlərini geri çəkiblər. Onlar daha çox sosial təcrid olunmuş, tənha uşaqlara çevriliblər.Ailələr və ətrafdakilər buna bir az diqqət yetirməlidirlər” dedi.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN
Gundelik.az
