Rusiya Prezidenti Vladimir Putinin yaxın günlərdə Çin Xalq Respublikasına səfəri planlaşdırılır.
Gundelik.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov mətbuat nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
Peskov tarixlərin qısa müddət ərzində ictimaiyyətə açıqlanacağını vurğulayıb.
Qeyd edək ki, V.Putin bundan öncə 2025-ci ilin sentyabr ayının əvvəllərində Çində səfərdə olub. Mayın 9-da mətbuat işçilərinə verdiyi müsahibədə Rusiya lideri iqtisadi, ticari, kosmik araşdırmalar və enerji istiqamətlərində tərəfdaşlıq məsələlərini müzakirə edəcəyini diqqətə çatdırmışdı.
