Azərbaycanda fəaliyyət göstərən bəzi marketlər şəbəkələrinin 2025-ci ildə ödədiyi vergi məbləğləri açıqlanıb.
Gundelik.az Valyuta.az-a istinadən xəbər verir ki, 2025-ci ildə ən çox vergi ödəyən və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisi arasında yazıda adları çəkilən marketlər yer alıb.
Belə ki, “Araz Supermarket” MMC 2025-ci ildə 46,4 milyon manat vergi ödəyib. Bu göstərici 2024-cü ildə 36,7 milyon manat olub ki, nəticədə illik müqayisədə 9,7 milyon manat və ya 26,43% artım qeydə alınıb.
“Oba Market” MMC üzrə vergi daxilolmaları 25,9 milyon manat təşkil edib. Bu rəqəm 2024-cü ildə 23,5 milyon manat olub və beləliklə, 2,4 milyon manat və ya 10,21% artım müşahidə edilib.
“AL Market” MMC 2025-ci ildə 20 milyon manat vergi ödəyib. Halbuki, 2024-cü ildə bu göstərici 36,7 milyon manat olub. Bu isə illik müqayisədə 16,7 milyon manat və ya 45,50% azalma deməkdir.
“Bazarstore” MMC isə 17,8 milyon manat vergi ödəyib. 2024-cü ilin eyni dövründə bu rəqəm 14,1 milyon manat olub ki, bu da 3,7 milyon manat və ya 26,24% artım deməkdir.
| Şirkət | 2025 (mln AZN) | 2024 (mln AZN) | Dəyişmə (mln AZN) | Dəyişmə (%) | Trend |
|---|---|---|---|---|---|
| Araz Supermarket MMC | 46,4 | 36,7 | 9,7 | 26.43% | Artım |
| Oba Market MMC | 25,9 | 23,5 | 2,4 | 10.21% | Artım |
| AL Market MMC | 20 | 36,7 | -16,7 | 45.50% | Azalma |
| Bazarstore MMC | 17,8 | 14,1 | 3,7 | 26.24% | Artım |
| 08.04.2026 |
