İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycanda pul bazası artıb

Bu il aprelin 1-nə Azərbaycanda pul bazası 23,765 milyard manat təşkil edib.

Gundelik.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2026-cı ilin martın 1-i ilə müqayisədə 948 min manat və ya 4,1% çoxdur.

Eyni zamanda ölkədə pul bazası son 1 ildə isə 2,267 milyard manat və yaxud 10,5% artıb.

Qeyd edək ki, pul bazası iqtisadiyyatda mərkəzi bank tərəfindən yaradılan və birbaşa nəzarət olunan ən ilkin pul kütləsidir.
Pul bazası əsasən iki hissədən ibarətdir: 1) Dövriyyədə olan nağd pul – əhalinin və şirkətlərin əlində olan kağız və metal pullar; 2) Bankların mərkəzi bankdakı ehtiyatları – kommersiya banklarının Mərkəzi Bankda saxladığı məcburi və əlavə ehtiyatlar