İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Avropa Birliyi (AB) İrana qarşı insan haqları sanksiyalarını 2027-ci ilə qədər uzadıb

Avropa İttifaqı (Aİ) Şurası İranda insan haqlarının ciddi şəkildə pozulmasına qarşı məhdudlaşdırıcı tədbirlərin 13 aprel 2027-ci ilə qədər uzadıldığını açıqladı.

Aİ Şurasının yazılı açıqlamasında İranda ciddi insan haqları pozuntularına qarşı məhdudlaşdırıcı tədbirlərin 13 aprel 2027-ci ilə qədər uzadıldığı və yenilənmiş siyahıya ümumilikdə 262 şəxs və 53 qurumun daxil olduğu bildirilib.

Bəyanatda qeyd olunub ki, bu sanksiyalar səyahət qadağalarını və aktivlərin dondurulmasını, həmçinin daxili repressiyalar üçün istifadə edilə bilən avadanlıqların və telekommunikasiya monitorinqi üçün texnologiyaların İrana ixracını qadağan edir.Aİ vətəndaşları və şirkətlərinə siyahıdakı şəxslərə və qurumlara hər hansı maliyyə vəsaiti ayırmaq qadağandır və sanksiyaların nəzərdən keçirilməsi prosesi zamanı bir mərhum şəxsin adı siyahıdan çıxarılıb.

Aİ ilk dəfə İrana qarşı sanksiyaları 2011-ci ildə ciddi insan haqları pozuntularına görə tətbiq edib və o vaxtdan bəri bu tədbirləri hər il uzadıb.

 

Mənbə:T24

Tərtib etdi:Səid Mikayılzadə

Gundelik.az