Təl-Əviv üzərində uçan qarğaların görüntüləri sosial mediada yayılarkən, şəhərdə qeydə alınan başqa bir video böyük sensasiyaya səbəb oldu. Sosial mediada yayılan yeni videoda avtomobillərin və yolların tamamilə qarğalarla örtüldüyü görünür. Sürücü tərəfindən avtomobilin içərisində mobil telefonla lentə alınan görüntülər tez bir zamanda internetdə yayılıb.
Şəkillərdən sonra bəzi istifadəçilər vəziyyəti dini mətnlərlə əlaqələndirərək şərhlər veriblər. Müqəddəs Kitabda, xüsusən də Vəhy kimi apokaliptik mətnlərdə, müharibədən, dağıntıdan və ölümdən sonra leş yeyən quşların (qarğalar, kərkəslər) görünməsi təsvir olunur. Buna görə də bəzi paylaşımlar şəkilləri “pis əlamət” kimi şərh edib.
Lakin ekspertlər bildirirlər ki, qarğaların şəhər üzərində böyük qruplar halında uçması mövsümi və ya ətraf mühit amilləri ilə izah edilə bilər və bu cür görüntülər birbaşa fövqəladə bir vəziyyəti göstərməyə bilər.Bölgədə davam edən gərginlik səbəbindən bu cür görüntülər sosial mediada daha tez yayılır və simvolik və dini şərhlər də artıb.
Mənbə:Son Dakika
Tərtib etdi:Səid Mikayılzadə
Gundelik.az
