İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İran F-35 təyyarəsini vurub və təcili eniş etmək məcburiyyətində oldu

ABŞ-ın F-35 qırıcı təyyarəsi İran atəşi ilə vurulduğundan şüphələndikdən sonra Yaxın Şərqdəki ABŞ hava bazasına təcili eniş edib. Bu, İranın fevralın sonlarında müharibə başlayandan bəri ilk dəfə ABŞ təyyarəsini vurduğu güman edilir və ABŞ Mərkəzi Komandanlığı hadisə ilə bağlı araşdırmaya başlayıb.

ABŞ Mərkəzi Komandanlığı İranda fəaliyyət gösdərən F-35 təyyarəsinin bölgədəki ABŞ bazasına təcili eniş etdiyini təsdiqləyib. ABŞ Mərkəzi Komandanlığının sözcüsü Tim Hokins bildirib ki, “Təyyarə təhlükəsiz yerə eniş edib və pilotun vəziyyəti sabitdir. Hadisəni araşdırırıq.”

Digər tərəfdən, İnqilab Keşikçiləri Korpusunun yazılı açıqlamasında “ABŞ-a məxsus F-35 qırıcı təyyarəsinin İranın mərkəzi hissəsində İran hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu və qırıcı təyyarəyə ağır ziyan dəydiyi” bildirilib. İnqilab Keşikçiləri Korpusu həmçinin bildirib ki, “ağır zədələnmiş F-35 qırıcı təyyarəsinin taleyi hələlik bəlli deyil, lakin onun qəzaya uğraması ehtimalı yüksəkdir”.

Eynilə, İran mediası hava hücumundan müdafiə sisteminin termal kamerası tərəfindən qeydə alındığı iddia edilən görüntüləri paylaşıb. Görüntülərdə ABŞ-ın F-35 təyyarəsinin vurulduğu anda qırıcı təyyarənin zenit raketi ilə hədəfə alındığı gösdərilir.

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: CNN Türk

Gundelik.az