Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, nazir Fidan bu gün Qətərə rəsmi səfər həyata keçirəcək.
Fidan dünən bölgədəki son hadisələrlə bağlı Səudiyyə Ərəbistanının ev sahibliyi ilə paytaxt Riyadda keçirilən toplantıda iştirak edib.
Nazir Fidan martın 17-də Kanadanın Xarici İşlər naziri Anita Anand ilə keçirdiyi birgə mətbuat konfransında belə demişdi:
“Müharibənin dayandırılması üçün atıla biləcək addımları müzakirə etmək məqsədilə yaxın zamanda bölgəyə səfər edəcəyəm. Sabahdan etibarən bölgə turuna çıxıram. Bölgə ölkələri ilə görüşlər keçirəcəyik.”
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
