İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Samsung-un yeni təhlükəsizlik funksiyası telefonu 72 saat istifadə olunmadıqda yenidən başladır

Samsung Galaxy telefonlarına yeni bir təhlükəsizlik funksiyası əlavə edib. Bu funksiya telefon uzun müddət istifadə olunmadıqda onu avtomatik olaraq yenidən başladır.

“Inactivity Restart” adlanan bu funksiya telefon 72 saat (3 gün) ərzində kilidli qalsa və heç kim uğurla açmasa, cihazı avtomatik olaraq restart edir. Bu isə telefon itiriləndə və ya oğurlananda məlumatlara çıxışı çətinləşdirir.

Funksiya necə işləyir

Sammy Fans-a görə bu funksiya telefonun təhlükəsizlik ayarlarında gizlidir və əl ilə aktiv edilməlidir.

Aktiv etmək üçün:

Settings (Ayarlar) → Security and Privacy → More security settings → Inactivity restart

Funksiya aktiv olduqda:

Telefon 72 saat ardıcıl kilidli qalsa, avtomatik restart edir.

Restartdan sonra telefon daha sərt təhlükəsizlik rejiminə keçir.

Bəzi tətbiqlərin bildirişləri və zəng məlumatları telefon açılana qədər gizli qala bilər.

Bəzi tətbiqlərin alarm funksiyaları da təsdiqləmə edilənə qədər məhdud ola bilər.

SIM kart kilidlidirsə, zəngləri qəbul etmək üçün əvvəlcə SIM kilidini açmaq lazımdır.

Telefonun yenidən başlaması təhlükəsizliyi artırır, çünki restartdan sonra cihaz tam giriş üçün yenidən parol və ya PIN tələb edir.

Hansı telefonlarda var

Bu funksiya artıq:

Galaxy S25 seriyasında (One UI 8.5 beta)

Galaxy Z Fold 7 (One UI 8)

Galaxy S26 seriyasında (fevral təhlükəsizlik yeniləməsi ilə) mövcuddur.

Samsung bu funksiyanı standart olaraq söndürülmüş vəziyyətdə saxlayır. İstəyən istifadəçi onu aktiv edə bilər ki, telefon uzun müddət kilidli qalarsa əlavə təhlükəsizlik təmin olunsun.

Mənbə: Digital Trends

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az