Xocəvənd rayonunun Tuğ qəsəbəsi üzrə qeyri yaşayış binalarının (məktəb, bağça və qazanxana) təmir – bərpa, kommunikasiya, yaşıllıq və abadlıq işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.
Gundelik.az bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.
Məlumata əsasən, qurum bununla bağlı müvafiq hazırlıq işlərini yekunlaşdırıb.
Belə ki, qurum bu işləri “Nakhish” Mənzil-Tikinti Kooperativinə həvalə edib və onunla müqavilə bağlayıb
Müqavilənin maliyyə dəyəri 3 milyon manat olaraq müəyyən edilib.
