Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada, Çankaya Köşkündə keçirilən şəhid ailələri ilə iftar proqramında çıxış edərək bildirib ki, Türkiyə öz təhlükəsizliyini qorumaq üçün yalnız sərhədləri daxilində deyil, sərhədlərdən kənarda da bütün zəruri addımları atır. O vurğulayıb ki, harada təhlükə varsa, icazə almadan mənbəyində zərərsizləşdirilir.
Ərdoğan qeyd edib ki, təhlükəsizlik qüvvələrinin əməliyyatları nəticəsində terror təşkilatlarının hərəkət imkanları ciddi şəkildə məhdudlaşdırılıb. O həmçinin son 23 ildə müdafiə sənayesində böyük irəliləyiş əldə edildiyini, yerli istehsal səviyyəsinin 80 faizə çatdığını bildirib.
Prezident şəhidlərə Allahdan rəhmət diləyib, şəhid ailələrinə səbir arzulayıb və Türkiyənin tarix boyu müstəqilliyindən güzəştə getmədiyini vurğulayıb.

Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
