İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Tramp ABŞ Venesueladan 50 milyon barel neft alıb

ABŞ Venesueladan 50 milyon barel neft alıb və bu neft Texasın Hyuston şəhərinə çatdırılacaq. 

Gundelik.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“Venesuela ilə əla münasibətlərimiz var. Biz onlara neftlə bağlı kömək edirik, onların çoxlu nefti var. Bizdə də neft var, amma biz onlara çox kömək edirik. ABŞ 50 milyon barel neft alıb və hazırda nəhəng gəmilər onu Hyustona daşıyır”, – deyə o qeyd edib.

Əlavə edək ki, 6 yanvarda Tramp Venesuelanın ABŞ-yə satış üçün 30 milyondan 50 milyon barelə qədər neft köçürməyə razı olduğunu və bu əməliyyatdan əldə edilən gəlirə nəzarət edəcəyini açıqlayıb.