İyul 8, 2026
Baku
İqtisadiyyat Ölkə Xəbərlər

Mingəçevir Sənaye Parkının qazlaşdırılması 1,4 milyon manata başa gələcək

Mingəçevir Sənaye Parkının qazlaşdırılması işləri həyata keçiriləcək.

Gundelik.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi bununla bağlı hazırlıq işlərinə başlayıb.

Qazlaşdırılma işlərinə sərf ediləcək vəsaitin 1,4 milyon manat olacağı proqnozlaşdırılıb.

Qeyd edək ki, Mingəçevir Sənaye Parkı Mingəçevir şəhəri, 3-cü Samux döngəsi 11 ünvanında yerləşir.