“Microsoft”un növbəti “Windows 11” versiyası olan 26H1, 25H2-də yarımçıq qalmış funksiyaları özündə birləşdirir və eyni zamanda əməliyyat sistemini yeni nəsil Arm əsaslı kompüterlərə səssiz şəkildə hazırlayır.
“Microsoft” hazırda “Insider Preview Build 28000” ilə “Windows 11 26H1″i sınaqdan keçirir. Bu versiya əvvəlki Dev, Beta və stabil build-lərdə gördüyümüz bir çox faydalı funksiyanı ehtiva edir. Lakin bəzi yeniliklər olsa da, bu versiya adi “Windows” xüsusiyyət yeniləmələrindən biri sayılmır (“PCWorld”ə istinadən).
Məsələn, “File Explorer” üçün daha ardıcıl bir qaranlıq rejim təqdim olunur. Kopyalama, köçürmə, əvəz etmə, xəta mesajları və proses göstəricisi daxil olmaqla bütün dialoq pəncərələri artıq tam şəkildə qaranlıq mövzuya uyğunlaşdırılıb.
“Explorer”in başlanğıc bölməsində yeni hover (üzərinə gələndə açılan) seçimlər var. İstifadəçinin olduğu regiondan asılı olaraq burada “Faylın yerini aç” və ya “Copilot-a soruş” kimi seçimlər görünür.
“Settings” (Parametrlər) bölməsində isə axtarış təcrübəsi yenilənib və Windows parametrlərində axtarış zamanı daha yaxşı tövsiyələr təqdim olunur.
“Windows 11” “26H1 File Explorer” daxilində və digər tətbiqlər arasında faylların sürüklənərək paylaşılmasını asanlaşdırır. Bundan əlavə, “Settings” tətbiqində qoşulmuş smartfonların idarəsi üçün yenilənmiş “Mobile Devices” səhifəsi və daha konsolabənzər, immersiv bir təcrübə təqdim edən təkmilləşdirilmiş “Xbox Full-Screen Experience” mövcuddur.
Nəhayət, “Windows Studio Effects” artıq xarici USB veb-kameraları da dəstəkləyir və bu funksiyanı Parametrlər bölməsindən aktivləşdirmək mümkündür.
Bu dəyişikliklər nisbətən kiçik olsa da, “Windows 11 26H1″in əsas məqsədi “Snapdragon X2” və “X2 Elite” çipləri ilə işləyən yeni nəsil “Windows-on-Arm” cihazlar üçün əməliyyat sistemini hazırlamaqdır (ilk mərhələdə bu funksiyalar yalnız həmin çiplərə məxsus olacaq). Sistem “Bromine” kod adlı yeni Windows platforması üzərində qurulub.
“Windows 11 26H1” ilə təchiz olunmuş ilk kompüterlər yaz aylarında (bir neçə ay sonra) satışa çıxacaq. “Intel” və ya AMD prosessorlu digər kompüterlər isə hələlik “Windows 11” 25H2-də qalacaq və növbəti böyük istifadəçi yeniləməsini ehtimal ki, 2026-cı ilin payızında alacaqlar. Bundan sonra “Microsoft” bütün funksional inkişafı 25H2 üzərində aparacaq.
Mənbə:Digital Trends
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
