Sadiq Elcanlı ötən əsrin 70-ci illərində qəzet, jurnal və almanaxlarda hekayələri dərc olunan, bütün yazıları ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanan, bir sıra povest və romanların, sənədli filmlərin ssenari müəllifi olan bizim sevilən əməkdar jurnalistimizdir.
Sadıq Elcanlı 12 yanvar 1956-cı ildə Dəvəçinin Surra kəndində anadan olub. Universitetin filologiya fakültəsində təhsil alıb (1974-1979). 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində işləyir, ədəbiyyat və incəsənət redaksiyasında baş redaktordur. “Sirli səsin sorağı”, “Əbədi sevginin xatirələri” povest və hekayələr kitabının müəllifidir.
Əsərləri: “Sirli səsin sorağı” (1985), “Ədəbi sevginin xatirələri” (1987), “Yaddaş yarası” (1991), “Qanlı quzğun meydanı” (1994), “Mənim mövqeyim” (1999), “Sükutun sonu” (2003) və s.
Filmoqrafiya:Abbas Səhhət (film, 2007) (qısametrajlı sənədli film) (Aztv)-ssenari müəllifi,”Atikva” ümid deməkdir (film, 1994), Avşarlar (film, 1996), Bəsdir, ağlama! (film, 1999), Bir ömrün xatirəsi (film, 2007), Böyük ömrün davamı (film, 2007), Dünya bir pəncərədir (veriliş, 2007), Etnoqrafik etüdlər (film, 1996), Ey, Vətən! (film, 1995), Əbədi zirvə (film, 1998), Əbədiyyət ünvanı. I film. Min illərin xatirəsi (film, 2004),
Əbədiyyət ünvanı. II film. Heydər Əliyev və Naxçıvan (film, 2004), Güllələnmiş heykəllər (film, 2002), Hacı Arif (film, 1995), Heydər Əliyev və Azərbaycan dili (film, 1997), Xilaskar. I film (film, 2003), Xilaskar. II film (film, 2003), İncə Dərəsi (film), İşğal (film, 1994), Kamil (film, 1997), Qanlı Bakı (film, 1994), Qisas günü (film, 1993), Qobustan (film, 1997), Mətbuat fədaisi (film, 2007), Novruz (film, 1995), Olacağa çarə yoxdur (film, 2003), Pirə qayıdan yol (film, 1994), Səhnəmizin Yaşarı (film, 1996), Səni axtarırıq… (film, 2013), Sirli salnamələr (film, 1995), Şeirin xəzrisi (film, 2000), Təlatüm
(film, 2006), Tikdim ki, izim qala (film, 1997), Tikdim ki, izim qala. II film (film, 1997), Tikdim ki, izim qala. III film (film, 1998), Üç zirvənin fatehi (film, 2008) Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan S.Elcanlının ötən əsrin 70-ci illərində qəzet, jurnal və almanaxlarda dərc olunan ilk hekayələri ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Yazıçı ilk qələm təcrübələrində kənd həyatının ağrı-acılarından, “sovet rəngləri” ilə gizlədilən əsil həqiqətlərdən danışmışdır. O, bir sıra povest və romanların, sənədli filmlərin ssenari müəllifidir. Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan S.Elcanlının ötən əsrin 70-ci illərində qəzet, jurnal və almanaxlarda dərc olunan ilk hekayələri ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Yazıçı ilk qələm təcrübələrində kənd həyatının ağrı-acılarından, “sovet rəngləri” ilə gizlədilən əsil həqiqətlərdən danışmışdır. O, bir sıra povest və romanların, sənədli filmlərin ssenari müəllifidir.
Gundelik.az
