Sabir Məmmədzadə ilhamı çağırmayan, ilhamın qonağı olan, ədəbiyyat adamıydı. İşində səliqəli və tabeçi, amma öz poetik dünyasını yaşayan şair idi.
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Azər Turan
Məmmədov sabir Məhəmmədəli oğlu- şair, 1974- cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Sabir Məmmədzadə 1931 – ci ildə Azərbaycanın Tərtər rayonunda fəhlə ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Mirbəşir rayon pionerlər evində idman dərnəyinin müdiri (1951), pionerlər evinin direktoru olmuş (1951-1952), Bakıda bir müddət inşaatda çalışmış (1953-1954), ADU- nun filologiya fakultəsində təhsil almışdır. (1954-1959). Şair Sabir Məmmədzadə sonra A. Şaiq adına uşaq kitabxanasında kitabxanaçı (1959), M. F. Axundov adına Azərbaycan Dövlət Kitabxanasında baş metodist (1960-1965) olmuşdur. “Abonementdə oxucularla iş” (1971), “Kitabxana şurasının işi” (1972) və digər metodiki vəsaitlərin müəllifidir. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. (1970-1983).
1984- cü ilin yanvarında Bakıda vəfat etmişdir.
Əsərləri: “İtmiş açar” (1964), “Məzəli oxucular” (1965), “Xumar” (1970), “Ay çimir” (1975), “Arı balaları, Birincə və Şirincə” (1983), “Qara cücə, ağ cücə” (1962).
Gundelik.az
