İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

“Arpaçay” kanallarının yenidən qurulması 46 milyon manata başa gələcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “Arpaçay sağ sahil” və “Arpaçay sol sahil” magistral kanallarının yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Gundelik.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Hovers Group” MMC-dir.

Qalib şirkətə 46,358 milyon manat ödəniləcək.