İyul 8, 2026
Baku
Ədəbiyyat Tarixdə bu gün Xəbərlər

12 Dekabr – Şair Fətəli Sahibin 101 illiyi, (1924-2003)

Bayramov Fətulla Manaf oğlu 1924-cü il dekabrın 12- də Azərbaycanın Ucar rayonunun Qaziyan kəndində anadan olmuşdur. Kiçik yaşlarında ikən repressiya tufanları ailəlikcə onları Qazaxıstanın sərt çöllərinə aparıb çıxarmışdı. Burada atası, dörd qardaşı şəraitə dözməyib həlak olmuş, anası ilə doğma vətənə pənah gətirmişdir. Burada orta məktəbi bitirəndən sonra İkinci Dünya müharibəsi başlandığına görə könüllü cəbhəyə getmiş, 416-cı Taqanroq diviziyasının tərkibində döyüşlərdə düşmənə qarşı vuruşmuş, ağır yaralanıb bir müddət hərbi xəstəxanalarda müalicə edilmişdir. ADU-nun filologiya fakültəsində təhsil almışdır (1954-1959). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin xarici verlişlər redaksiyasında müxbir kimi başlamışdır. Sonra Azərbaycan Dövlət Nəşriyyatında incəsənət şöbəsinin redaktoru “Gənclik” nəşriyyatında uşaq ədəbiyyatı redaksiyasının redaktoru, “Maarif və İşıq nəşriyyatında direktor müavini, “yazıçı” nəşriyyatında redaktor işləmişdir (1983-1990). Müharibə və əmək veteranıdır. Bədii yaradıcılığa ilk gənclik dövründən başlamışdır. Ucar rayon qəzetində və cəbhə qəzetlərində ilk şeirləri dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edir. Əsərləri xarici mətbuatda dərc olunmuşdur. İlk dəfə “I dərəcəli İkinci Dünya müharibəsi” ordeni, iki dəfə “Qırmızı ulduz” ordeni və 18 döyüş medalları ilə təltif olunmuşdur. Prezident təqaüdünə layiq görülmüşdür.
Əsərləri: ”Gənc maşinist” (1962), ”Şirvan nəğmələri” (1970), ”Mənim xallı balıqlarım” (1970), ”Kələk baş tutmadı” (1970), ”İkinci görüş” (1971), ”Vəfalı Toplan” (1973), ”Onu bir də gördüm” (1976), ”Anam mənə həyan idi” (1978), ”Ay şən bala” (1982),”Bu gün üçün vuruşduq” (1985),”Ömrün payızında açılan güllər” (1988),”Günayın şərgüzəştləri” (1991), ”İtirib kələfin ucunu dünya” (1997) və s.

Gundelik.az