Xocavənd rayonunun Xocavənd kəndində fərdi yaşayış evlərinin təmir işlərinə başlanılır.
Gundelik.az bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidmətindən məlumat əldə edib.
Belə ki, qurum təmir işlərini “Tulpar İnşaat” MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqavilədə sahəsi 8415m2 olan 50 evin təmir olunması nəzərdə tululub.
Bağlanılmış müqavilənin maliyyə dəyəri 2 milyon 944 min 762 manat olaraq müəyyənləşib.
