İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Yaponiya müdafiəni maliyyələşdirmək üçün vergiləri artırmağı planlaşdırır

Yaponiya artan müdafiə xərclərini maliyyələşdirmək üçün 2027-ci ildə gəlir vergisini artırmağı planlaşdırır.

Gundelik.az bu barədə “Kyodo”ya istinadən xəbər verir.

Qeyd edilib ki, Yaponiya 2028-ci ilin martında başa çatan beş il ərzində müdafiə xərclərini 43 trilyon yenaya (təxminən 278 milyard dollar) artırmaq qərarına gəlib.

Maliyyələşdirmənin 2026-cı ilin aprelindən artacaq korporativ vergilər və tütün aksiz vergilərinin artırılması hesabına təmin edilməsi planlaşdırılır.

Hazırda Yaponiyanın 2027-ci ilə qədər hərbi xərcləri ümumi daxili məhsulun (ÜDM) 2 faizinə çatdırmaq kimi hədəfi var.