Gundelik.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

Nazir qeyd edib ki, həmçinin növbəti ilin dövlət büdcəsində ÜDSY üzrə 465 milyon manat, haqqı ödənilən ictimai işlərin təşkili üzrə isə 141,7 milyon manat vəsait qoyulmuşdur:

“Dövlət icbari şəxsi sığorta vəsaiti hesabına növbəti ildə reabilitasiya vasitələrinin alınmasına 31,7 milyon manat nəzərdə tutulmuşdur. 

Həmçinin DSMF-nin investisiya gəlirləri və dövlət icbari şəxsi sığorta vəsaiti hesabına şəhid ailələrinin, müharibə əlillərinin mənzillərlə təminatına 50 mln. manat vəsaitin ayrılması nəzərdə tutulur”.

Gundelik.az