İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycanın pambıq idxalını artırıb, ixracını isə azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 166,3 milyon ABŞ dolları dəyərində 107 195 pambıq ixrac edilib.

Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, pambıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 11,4 milyon ABŞ dolları və ya 6,4%, həcm ifadəsində isə 2,9 min ton və ya 2,7% azdır.

Eyni zamanda bu ilin ilk 9 ayında Azərbaycana 7,5 milyon ABŞ dolları dəyərində pambıq idxal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 861 min ABŞ dolları və ya 13% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan 2,6 milyard ABŞ dolları dəyərində qeyri-neft məhuslları ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 184,1 milyon ABŞ dolları və ya 7,5% artım deməkdir.

Gundelik.az