Amerika plastik kartlar bazarının liderlərindən biri olan “American Express” üçüncü rübdə gəlirini illik müqayisədə 11%, xalis mənfəətini isə 16% artıraraq tarixi rekorda imza atıb.
Gundelik.az xəbər verir ki, şirkətin maliyyə hesabatına əsasən, iyul–sentyabr aylarında gəlir 16,64 milyard dollardan 18,43 milyard dollara yüksəlib. Xalis mənfəət isə ötən ilin analoji dövründəki 2,47 milyard dollarla müqayisədə 2,87 milyard dollar olub. Səhm üzrə mənfəət 3,49 dollardan 4,14 dollara artıb.
“FactSet” analitiklərinin proqnozlarına görə, gəlirin 18,05 milyard dollar, səhm üzrə mənfəətin isə 4 dollar olacağı gözlənilirdi. Şirkətin real göstəriciləri gözləntiləri üstələyib.
Hesabat dövründə AmEx kart xərcləri 9% artaraq 421 milyard dollara çatıb. Mümkün kredit itkiləri üçün ehtiyatlar isə ötən ilin eyni dövründəki 1,4 milyard dollarla müqayisədə 1,3 milyard dollar təşkil edib.
Şirkət öz press-relizində tam illik xalis mənfəət proqnozunu səhm başına 15,00–15,50 dollardan 15,20–15,50 dollara, gəlir artımı proqnozunu isə 8–10%-dən 9–10%-ə yüksəldiyini açıqlayıb.
Məlumata görə, “American Express” səhmləri cümə günü bazar öncəsi ticarətdə 0,5% bahalaşıb.
Gundelik.az
