İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Yaponiyada hakim partiya seçkilərindən sonra Nikkei 225 indeksi rekord həddə yüksəlib

Yaponiyanın Nikkei 225 fond indeksi bazar ertəsi günü hakim Liberal Demokratik Partiyasının (LDP) rəhbərliyinə keçmiş daxili işlər naziri Sanae Takaichinin seçilməsindən sonra tarixi rekorda çatıb.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, səhm bazarındakı artım Takaichinin qələbəsinin onun Yaponiyanın ilk qadın baş naziri olacağına dair gözləntiləri gücləndirməsi ilə əlaqələndirilir. LDP-nin parlamentin aşağı palatasında güclü mövqeyi onun baş nazir postuna gəlməsini demək olar ki, təmin edir.

Nikkei 225 indeksi 5% bahalaşaraq yeni zirvəyə qalxıb. Asset Management One şirkətinin analitiki Hitoşi Asaoka bildirib ki, ilin sonuna qədər 48 000 bəndə çatacağı proqnozlaşdırılan indeks artıq bu səviyyəyə yaxınlaşıb:

“Bazar Takaichinin hökumətin xərcləmə planlarını müsbət qarşılayır. Lakin LDP hələ də parlamentdə tam çoxluğa malik deyil, bu da onun iqtisadi məqsədlərinə nail olmasını çətinləşdirə bilər. İlin sonuna qədər Nikkei müəyyən qədər geriləyə bilər.”

Seçkidən sonra çıxış edən Sanae Takaichi, iqtisadi canlanmanı dəstəkləmək, əmək haqlarını və korporativ mənfəətləri artırmaqla inflyasiyanı stimullaşdırmaq məqsədilə hökumət və Yaponiya Bankı arasında sıx koordinasiyaya çağırıb.

Tokio birjasında ən çox bahalaşan səhmlər Yaskawa Electric Corp (+18,9%), Japan Steel Works (+14,4%), Advantest Corp (+14%), NEC Corp (+12,3%)Mitsubishi Heavy Industries (+12,1%) olub.
Toyota MotorHonda Motor səhmləri də müvafiq olaraq 5,2%4,5% artıb.

Bundan əlavə, EssilorLuxottica şirkətinin Nikon-dakı payını 9%-dən 10,6%-ə yüksəltməsi xəbəri fonunda Nikon-un bazar dəyəri 4% artıb.

Digər Asiya bazarlarında isə mənzərə fərqli olub. Honq-Konqun Hang Seng indeksi Çində tətillər səbəbindən zəif ticarət aktivliyi fonunda 0,7% azalıb. Ən çox ucuzlaşan səhmlər arasında Li Auto (-3,2%), XPeng (-2,1%), Geely Auto (-2%), Sands China (-3,4%), Galaxy Entertainment (-3,1%), China Mengniu Dairy (-2,8%)Lenovo (-2,8%) olub.

Avstraliyanın S&P/ASX 200 indeksi isə 0,1% geriləyib. Əsas azalmalar Wisetech Global (-2,2%), Xero Ltd. (-2%)REA Group Ltd. (-1,2%) səhmlərində müşahidə olunub. Əvəzində, Evolution Mining (+2,6%)Northern Star Resources (+1,5%) kimi qızıl hasilatçı şirkətlərin səhmləri artım göstərib.

Gundelik.az