İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

AMB-nin bank və BOKT-lara xalis tələbləri ARTDI

Bu ilin sentyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 8,073 milyard manat təşkil edib.

Bu barədə Gundelik.az AMB-dən məlumat əldə edib.

Məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 206,7 milyon manat və ya 2,6% artıb.

Həmçinin xalis tələblər bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,3 milyard manat və ya 14,3% azalıb.

Qeyd edək ki, 2025-ci ilin avqustun 1-nə AMB-nin banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 7,866 milyard manat, 2024-cü ilin sentyabrın 1-nə isə 9,419 milyard manat təşkil etmişdi.

Gundlik.az