Məmmədzadə Səyavuş İmran oğlu 1935–ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1953-1958). Ədəbi fəaliyyətə tələbəlik illərindən başlamışdır.
“Sınaq” adlı ilk şeiri və A.Əlizadənin şeirinin rus dilinə tərcüməsi 1956-cı ildə universitetin çoxtirajlı qəzetlərində dərc olunmuşdur. Həmin vaxtdan “Molodyoj Azerbaydjana” qəzetində mütərcim, sonralar ədəbi işçi işləmişdir. Onun ədəbi fəaliyyətində poeziya, nəsr, publisistika, bədii tərcümə xüsusi yer tutur. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun bədii tərcümə bölməsini bitirmişdir (1959-1966). Azərbaycan Dövlət Nəşriyyatında redaktor, “Literaturnıy Azerbaydjan” jurnalında ədəbi işçi, tənqid və publisistika şöbəsinin müdiri (1967-1976), Azərbaycan Yazıçılar Birliyində referentməsləhətçi (1977-1995) vəzifəsində işləmişdir. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap etdirmişdir. Bakı şəhəri Səbail rayon İcraiyyə Komitəsi zəhmətkeş deputatları Sovetinin deputatı (1979-1981) olmuş, Azərbaycan Kommunist Partiyasının XXIX qurultayına nümayəndə seçilmişdir. Bolqarıstanda dəfələrlə yaradıcılıq ezamiyyətində olmuş, klassik macar şairi Endre Adinin anadan olmasının 100 illik yubileyində iştirak edən Sovet nümayəndə heyətinin tərkibində Macarıstana getmişdir (1977).
Əsərləri: “Небо” (1968), “Тверской бульвар” (1971), “Самоутверждение : стихи, переводы” (1976), “Bir yuxusuz gecə” (1976), “Ночные яблоки” (1979), “Günəbaxan insanlar” (1983), “Komendant saatı : şeirlər” (1995).
Tərcümələri: (rus dilinə): Кямал Талыбзаде. Аббас Сиххат (1963), Мамед Араз. Пой Аракс (1966), Сохраб Тахир. Песня мужества (1966).
(bolqar dilindən):Bolqar hekayələri (1980), Georgi Strumski. Odlar yurdu (1982)
Gundelik.az
