İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycanın “AI-95” markalı benzini idxal etdiyi ölkələr – SİYAHI

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 4 ölkədən dəyəri 59,4 milyon ABŞ dolları olan 70,6 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə (Aİ-95) benzin idxal edilib.

Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 28,8 min ton və ya 69%, dəyər baxımından isə 18,3 milyon ABŞ dolları və ya 44,5% çoxdur.

Eyni zamanda hesabat dövründə Azərbaycandan cəmisi bir ölkəyə – Gürcüstana dəyəri 2,8 milyon ABŞ dolları olan 4,2 min ton “Aİ-95” markalı benzin ixrac edilib.

Ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə “Aİ-95” markalı benzin ixracı qeydə alınmayıb.

2025-ci ilin ilk 7 ayında Azərbaycanın “Aİ-95” markalı benzin aldığı ölkələr:

Ölkələr Miqdar (ton) Məbləğ (min ABŞ dolları)
Belarus 6964,55 5599,67
Rusiya 51705,95 43545,97
Bolqarıstan 1400,24 1173,08
Rumıniya 10586,51 9060,07