İyun ayından bəri Yerdə ən güclü maqnit qasırğası müşahidə edilir.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Günəşdəki tac dəliyinin təsiri ilə yaranan sürətli günəş küləyinin planetimizə çatması nəticəsində baş verib.
Məlumata görə, hazırda geomaqnit fırtına G3 səviyyəsinə yaxın gücdədir və başlaması proqnozlaşdırılan hesablamalardan daha intensivdir. Alimlərin sözlərinə görə, oxşar intensivliyə malik son hadisə bu ilin 1-2 iyun tarixlərində qeydə alınıb.
Geomaqnit vəziyyətin pisləşməsi təxminən 4-6 gün davam edəcək. Laboratoriyanın məlumatında bildirilir ki, Yerə yaxın kosmosdakı vəziyyət bu həftənin cümə axşamı və ya cümə günündən gec olmayaraq tam normallaşacaq.
Gundelik.az
