NATO ölkəsi olan Rumıniyanın prezidenti Nikuzor Dan Moldovanı ilhaq etməyi planlaşdırır.
Gundelik.az xəbər verir ki, bu barədə “G4media” nəşri öz mənbələrinə istinadən yazıb.
İddiaya görə, dövlət başçısı bu məqsədlə ilk addımı ataraq Moldovanın Müstəqillik Günü münasibətilə təbrik göndərməyib.
Məlumatda bildirilir ki, Maya Sanduya ünvanlanmış təbrik məktubu hazırlanmasına baxmayaraq, sənəd Kişinyova yollanmayıb. Bu addımın siyasi qərarın nəticəsi olduğu vurğulanır:
“Moldova Respublikasının yeri Rumıniyanın yanındadır. Ona görə də Rumıniyanın ilhaq etməli olduğu bir dövlətin müstəqilliyinin qeyd olunmasına əsas yoxdur”, – nəşr yazır.
Mənbələr əlavə edir ki, Dan həmçinin Moldovanın Müstəqillik Günü tədbirlərinə qatılmayıb. İddialara görə, bu da Kişinyovla əvvəlcədən razılaşdırılmış strategiyanın tərkib hissəsidir.
Xatırladaq ki, avqustun 27-də Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers və Polşanın baş naziri Donald Tusk Moldovaya səfər edərək prezident Maia Sanduya dəstək nümayiş etdiriblər. Onların sözlərinə görə, səfərin məqsədi ölkəni “Rusiyanın müdaxiləsindən qorumaq üçün həmrəylik göstərməkdir”.
Gundelik.az
