Süleymanov Nəriman Qoca oğlu nasir, 1959 – cu ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1985), Azərbaycanın Əməkdar mədəniyyət işçisidir (1977).
Süleymanov Nəriman Qoca oğlu 1930-cu il avqustun 15-də Qərbi Azərbaycanın Körpülü kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakultəsinin jurnalistika şöbəsini bitirmişdir (1947-1952). Həmin vaxtdan “Pioner” jurnalı redaksiyasında ədəbi işçi, pioner və məktəblilər şöbəsinin müdiri, məsul katib, “Pioner” jurnalının baş redaktoru vəzifəsində çalışmışdır (1977-ci ildən ömrünün sonunadək). Yazıçılar Birliyinin Təftiş komissiyasının müavini seçilmişdir (1991). Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Macarıstan və Yuqoslaviya ölkələrində çıxan uşaq jurnallarında və almanaxlarda hekayələri çap edilmişdir. Ədəbi fəaliyyətə 1956-cı ildə “Azərbaycan pioneri” qəzetində çıxan kiçik bir hekayə ilə başlamışdır. Üç dəfə Azərbaycan Respublikası Ali Soveti
Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Nəriman Süleymanov 1995-ci il aprelin 15-də dünyasını dəyişmişdir.
Əsərləri: “Balaca atlı” (1956), “Qaraçı qızı”(1963), ”Tanışlıq” (1963), “Sovqat” (1965),
“Novruzgülü” (1966), “Qocalar və uşaqlar” (1967), “Yetər nənə” (1971), “Babamın bağı” (1974), “Göy qurşağı” (1975), “Tək çiçək” (1979), “Əsas ürəkdir” (1983), “Ömrün iki payızı” (1986), “Tərs külək” (1987), “İnsan yaşayır” (1989) və s.
Gundelik.az
