Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukraynaya yeni kredit ayırmağa razılıq verib.
Gundelik.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Yuliya Sviridenko məlumat yayıb.
Kiyevin qaz tədarükünü təmin etmək məqsədilə AYİB tərəfindən 500 milyon avro məbləğində kredit ayrılacaq.
Sviridenkonun sözlərinə görə, bu, Ukrayna üçün ən iri layihədir və ilk dəfədir ki, Avropa İttifaqının zəmanəti ilə, Ukrayna dövlət zəmanəti olmadan həyata keçirilir. “Bu, Ukraynaya istilik mövsümünə daha yaxşı hazırlaşmağa və qışın ən çətin günlərində belə evləri istilik və işıqla təmin etməyə imkan verəcək”, – o bildirib.
Qeyd edək ki, iyulun sonunda Ukrayna Trans-Balkan dəhlizi vasitəsilə Azərbaycan qazının idxalına dair ilk sazişi imzalayıb. “SOCAR Group”un “SOCAR Energy Ukraine” şirkətindən alınacaq qaz Bolqarıstan və Rumıniya üzərindən çatdırılacaq.
Bundan əvvəl, iyulun 10-da Ukraynanın baş naziri Denis Şmıxal ölkəsinin Avropa ölkələrində dondurulmuş Rusiya aktivlərindən daha bir milyard avro gəlir əldə etdiyini açıqlamışdı. Onun sözlərinə görə, 2025-ci ilin əvvəlindən Kiyev “dondurulmuş Rusiya vəsaitləri hesabına” Avropa İttifaqından ümumilikdə 18,5 milyard avrodan çox maliyyə yardımı alıb.
Gundelik.az
