Avropa İttifaqı (Aİ) ölkələrində 2024-cü ildə orta iş ömrü 37,2 il təşkil edib. Bu göstərici 2023-cü ildəki 36,9 illə müqayisədə artım deməkdir.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Statistikaya görə, orta iş ömrü – 15 yaşında olan şəxsin sağlam şəkildə əmək qabiliyyətli əhali sırasına neçə il daxil ola biləcəyinə dair proqnozdur. Aİ-də ən uzun iş ömrü Niderlandda (43,8 il), İsveçdə (43 il) və Danimarkada (42,5 il) qeydə alınacaq. Ən qısa göstəricilər isə Rumıniyada (32,7 il), İtaliyada (32,8 il), eləcə də Xorvatiya, Yunanıstan və Bolqarıstanda (34,8 il) qeydə alınıb.
Almaniyada bu göstərici 40 il, Fransada 37,2 il, İspaniyada isə 36,5 il olub. Ümumi olaraq, Aİ-də kişilərin orta iş stajı 39,2 il, qadınların isə 35 ildir. Hazırda cinslər arasında fərq 4,2 il təşkil edir ki, bu da 2001-ci ildəki 7 illik fərqlə müqayisədə xeyli azdır.
Estoniya qadınların kişilərdən daha uzun müddət işlədiyi yeganə ölkədir. Litva və Latviyada isə bu fərq, demək olar ki, yoxdur.
2001-ci ildən bəri Avropada iş ömrü davamlı olaraq artsa da, 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən azalma qeydə alınıb. Belə ki, 2001-ci ildə göstərici 32 il, 2014-cü ildə 34,8 il, 2019-cu ildə isə 35,9 il olub. 2020-ci ildə bu rəqəm 35,6 ilə düşüb.
Gundelik.az
