— Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə hal-hazırda əsasən bəzi regional dövlətlər çox maraqlı deyillər. O dövlətlər ki, onların Güney Qafqazda maraqları var və bu maraqları təmin etmək üçün onlara bir formada müəyyən gərginliklər lazımdır və bu gərginliklər üzərindən öz mövqelərini gücləndirmək istəyirlər. O ölkələr ki, Ermənistanı sürətli şəkildə silahlandırırlar, onu hərbi revanşa təhrik edirlər və yaxud sülh müqaviləsini imzalamaq üçün və prosesləri yubatmaq istəyirlər. Bu dövlətlər konkret olaraq prosesin əleyhinədirlər. Onların sırasında bir çox ölkələri qeyd etmək olar. Fransa, Hindistan, o cümlədən Rusiya federasiyasının özü və İranın bəzi dairələri bu məsələdə maraqlı deyillər. Rusiya Guney Qafqazda mövqelərini ciddi şəkildə itirdiyindən və yenidən öz mövqelərini möhkəmləndirmək üçün ona bölgədə müəyyən gərginlik lazımdır və bunu Ermənistan üzərinə həyata keçirməyə çalışır. Nəzərə alsaq ki, son dövrlər Rusiya özünün hərbi bazasını gücləndirməklə məşğuldur. İranın xüsusilə də SEPA qanadı və dini lider ətrafındakı bir çox qruplar, onlar da bu prosesin əleyhinədirlər. Çünki onlar Azərbaycanın bölgədə mövqelərinin güclənməsini istəmirlər və Azərbaycanın güclənməsini İranın təhlükəsizliyinə təhdid hesab edirlər. Hindistan Azərbaycan Türkiyə və Pakistan ittifaqına qarşı düşmən mövqe sərgilədiyindən məhz Ermənistanın sürətli şəkildə silahlandırmaqla məşğul olan bir ölkədir. Və məhz Ermənistan üzərindəın Güney Qafqazda mövqelərini möhkəmləndirmək və Azərbaycanı təzyiq altında saxlamaq və Pakistanın yaxın müttəfi kimi Pakistanın zəiflətmək məqsədilə onun müttəfi Azərbaycana təzyiq göstərmək istəyir və məhz Zəngəzur dəhlizinin açılmasına da bu ölkələr qarşı çıxırlar. O cümlədən bu, Suriya Fransanın və avropanın bəzi ölkələrinə, yəni avropa ittifaqına daxil olan bəzi ölkələrini də bura daxil etmək olar belə ki, Fransada uzun müddətdən bəri Ermənistan dəstəkləyən və revanşa təşviq edən ölkələr sırasındadır.
Aktual mövzuya aydınlıq gətirdiyi üçün Oktay müəllim Qasımova təşəkkür edirik.
Gundelik.az
