İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Cennifer Lopezi İstanbulda mağazaya buraxmadılar

Dünya şöhrətli müğənni Cennifer Lopez avqustun 5-də İstanbulda keçiriləcək konserti öncəsi şəhərə gəlib. Müğənni gəlişindən dərhal sonra İstinye Park ticarət mərkəzində alış-verişə çıxıb.

Gundelik.az “Snob Magazine”ə istinadla xəbər verir ki, Cennifer Lopez lüks mağazalardan birini bağladaraq şəxsi alış-veriş edib.

Ulduzun əsas diqqəti çanta və geyimlərə yönəlib. Onun çəhrayı gün eynəyi və dizayner Viktoriya Bekhemə məxsus naxışlı tunika-şort dəsti də sosial mediada bəyənilib.

Müğənninin alış-verişi zamanı diqqətçəkən hadisə yaşanıb. “Bosslar Dünyası”nın yaydığı məlumata görə, Cennifer Lopez “Chanel” mağazasına daxil olmaq istəyərkən mağaza işçiləri onun kimliyini tanımayıb və “Mağaza doludur” səbəbi ilə onu içəri buraxmayıblar. Bu münasibətə sadəcə “Problem yoxdur” cavabını verən Lopez mağazaya girmədən ticarət mərkəzindən ayrılıb.

Hadisədən sonra “Chanel” əməkdaşları ulduzu mağazaya dəvət etsələr də, bu dəfə Cennifer Lopez onların təklifini rədd edib.

Qeyd edək ki, sənətçi Antalyadakı çıxışından sonra bu gün Yenikapı Festival Parkında İstanbul tamaşaçılarının qarşısına çıxacaq.

Gundelik.az