İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

İnvestisiya şirkətlərinin dövriyyələrinə görə RENKİNQİ

Bu ilin yanvar-iyul ayları üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri məlum olub.

Gundelik.az BFB-yə istinadən xəbər verir ki, dövr ərzində ən çox dövriyyəsi olan şirkət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub (26,6 milyard manat).

Siyahıda ikinci pillədə 20,9 milyard manat dövriyyə ilə “ABB İnvest İnvestisiya Şirkəti” QSC, üçüncü yerdə isə 3 milyard manat dövriyyə ilə “Assist Finance İnvestisiya Şirkəti” ASC qərarlaşıb.

Qeyd edək ki, BFB-nin daxili qaydalarına əsasən üzvlərin renkinqi aylıq hesablanır və hər növbəti ayın əvvəlində elan olunur. Renkinq repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla hesablanır.

Aşağıdakı cədvəldə investisiya şirkətlərinin yanvar-iyul ayları üzrə dövriyyələrinin həcmi göstərilib:

Rank Adı Dövriyyə (manatla) Əməliyyatların sayı
1 “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 26,602,334,397.00 4660
2 “ABB İnvest İnvestisiya Şirkəti” QSC 20,867,562,546.00 15951
3 “Assist Finance İnvestisiya şirkəti” ASC 3,029,290,263.00 1240
4 “CPM-İnvest İnvestisiya Şirkəti” QSC 2,635,365,423.00 1491
5 “Xalq Kapital İnvestisiya Şirkəti” QSC 1,793,134,399.00 110
6 “İnvest-Az İnvestisiya Şirkəti” QSC 1,351,519,062.00 869
7 “Unicapital İnvestisiya Şirkəti” ASC 1,316,561,981.00 4742
8 “Capital Partners İnvestisiya Şirkəti” QSC 782,779,657.00 1046
9 “Troni İnvestisiya Şirkəti” QSC 431,684,915.00 4001
10 “CFI Financial İnvestisiya Şirkəti” QSC 195,155,176.00 80
11 “PSG Kapital İnvestisiya Şirkəti” ASC 167,679,194.00 850
12 “MFX Trading İnvestisiya Şirkəti” ASC 141,231,285.00 47