Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi binası layihələndiriləcək.
Gundelik.az-ın məlumatına görə, nazirlik bununla bağlı müvafiq işlərə başlayıb.
Belə ki, nazirlik hazırda layihələndirilmə xidmətini yerinə yetirəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda nazirlik görüləcək işlərin 240 024 manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az
