İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Ukrayna Azərbaycandan qaz almağa başladı

“Naftoqaz” şirkətlər qrupu SOCAR qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqda ilk sazişini bağlayıb.

Gundelik.az bu barədə “Naftoqaz”a istinadən xəbər verir.

Belə ki, qaz ilk dəfə olaraq Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi vasitəsilə Transbalkan marşrutu ilə sınaq rejimində tədarük olunur.

“Tədarük həcmi böyük olmasa da, bu, uzunmüddətli əməkdaşlığa yol açan strateji əhəmiyyətli bir addımdır. Bu həmçinin, təchizat mənbələrinin şaxələndirilməsinin və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin növbəti nümunəsidir”, – “Naftoqaz”ın baş direktoru Sergey Koretski bildirib.

Gundelik.az