İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycana və əks istiqamətə nə qədər konteyner daşınıb? – SİYAHI

Bu ilin yanvar-may aylarında Azərbaycan ümumilikdə 12 ölkə ilə 3,7 milyon ABŞ dolları dəyərində 1752 ədəd konteyner dövriyyəsi aparıb.

Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,7 milyon ABŞ dolları və ya təqribən 1,8 dəfə, həcm baxımında isə 978 ədəd və ya 2,3 dəfə çoxdur.

Belə ki, hesabat dövründə Azərbaycandan 6 ölkəyə dəyəri 78,74 min ABŞ dolları olan 27 ədəd konteyner daşınması baş tutub. Bu, 2024-cü ilin ilk 5 ayındakı göstərici ilə müqayisədə dəyər ifadəsində 97,29 min ABŞ dolları və ya təqribən 2,2 dəfə, həcm ifadəsində isə 13 ədəd və ya 1,5 dəfə azdır.

Həmçinin hesabat dövründə Azərbaycana 10 ölkədən dəyəri 3,6 milyon ABŞ dolları olan 1725 ədəd konteyner gətirilib. Bu isə ötən ilin ilk 5 ayındakı göstərici ilə müqayisədə dəyər baxımından 1,8 milyon ABŞ dolları və ya təqribən 2 dəfə, həcm ifadəsində isə 991 ədəd və yaxud 2,3 dəfə çoxdur.

2025-ci ilin yanvar-may aylarında Azərbaycandan xarici ölkələrə və əks istiqamətə daşınan konteynerlər üzrə göstəricilər:

 

Ölkələr

İdxal İxrac
Miqdar (ədəd) Məbləğ (min ABŞ dolları) Miqdar (ədəd) Məbləğ (min ABŞ dolları)
Qırğızıstan 4 0,25
Rusiya 10 40,87 15 60,03
Türkmənistan 1 2,36
Birləşmiş Ərəb Əmirlikləri 51 153 1 0,5
Çin 1614 3305,85
Gürcüstan 14 28
İndoneziya 22 44
Koreya Respublikası 6 9
Türkiyə 3 31,77 1 0,9
Yaponiya 1 2,5
Almaniya 3 16,41
Danimarka 1 2,5 5 14,7
Cəmi 1725 3633,9 27 78,74