İyul 8, 2026
Baku
Ölkə Siyasət Xəbərlər

Azərbaycan Prezidentinin Ermənistan Baş naziri ilə görüşünə fasilə verildi – YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib.

APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş fasilədən sonra davam edəcək.

***

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri ilə görüşü təkbətək formatda davam edir.

Gundelik.az xəbər verir ki, heyətlərin iştirakı ilə görüş başa çatıb.

***

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Gundelik.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Gundelik.az