“Apple” son iki ildə ilk dəfə Çində satışlarını artırıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Counterpoint Research” (CR) şirkətinin hesabatında bildirilib.
Analitiklərin fikrincə, “Apple” aprel, may və iyun aylarında ən çox satılan smartfonların ilk 3 istehsalçısı sırasında yer alıb.
İkinci yerdə Vivo, bazar lideri isə yerli “Huawei” korporasiyası olub. Tim Kukun korporasiyası il ərzində “iPhone” satışlarını 8 faiz, lider “Huawei” isə 12 faiz artırmağı bacarıb.
CR ekspertləri xatırladıblar ki, “Apple” Çin bazarında güclü rəqabətlə üzləşir. Xüsusilə, İT nəhəngi Vaşinqton və Pekin arasındakı ticarət müharibəsindən əziyyət çəkib. Bununla belə, şirkətin ikinci rübdə “iPhone 16e”ni fevral ayında buraxması satışların artımına səbəb olub.
İyunun sonunda məlum oldu ki, Çin hakimiyyəti “iPhone”ların alınması üçün subsidiyalar təklif edə bilər və bununla da regionda Apple smartfonlarının satışına təsir göstərə bilər.
Bölgədə qadcetlərin satışı 2025-ci ilin əvvəlindən güzəştlərlə stimullaşdırılıb.
Gundelik.az
