İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Dövlət müəssisəsi təşkilati-hüquqi formasını dəyişir

Azərbaycan Respublikası “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Sutikinti” müəssisəsi adını və təşkilati-hüquqi formasını dəyişir.

Bu barədə Gundelik.az quruma istinadən xəbər verir.

Məlumata görə, ASC adını və təşkilati-hüquqi forması dəyişərək “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Puplik Hüquqi Şəxsin “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrildiyini elan edir.

Qeyd edək ki, Sutikinti müəssisəsi 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 423 420 manat olan müəssisəsinin qanuni təmsilçisi İmanlı Orxan Yasəf oğludur.

Gundelik.az