Keçmiş rusiyalı qarışıq döyüş ustası (MMA) Həbib Nurməhəmmədovun Federal Vergi Xidmətinə (FTS) yeni borcu var.
Gundelik.az xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, idmançının vergi idarəsinə 1,8 milyon rubl borcu var. Borcun necə yarandığı barədə təfərrüatlar açıqlanmır.
Bu ilin aprelində Federal Vergi Xidməti Nurməhəmmədovun hesablarını dondurub. Məhdudiyyətlərə səbəb vergi bəyannaməsinin qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsi olub.
2024-cü ilin avqustunda keçmiş UFC çempionu Nurməhəmmədovun Federal Vergi Xidmətinə olan borclarını ödədiyi barədə məlumat yayılmışdı.
Gundelik.az
