İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Aİ və ABŞ tariflərlə bağlı razılığa gələ bilərlər

Avropa İttifaqı (Aİ) Amerima Birləşmiş Ştatları (ABŞ) ilə 10% ümumi rüsumları özündə əks etdirən ticarət sazişi bağlamağa hazırdır, lakin eyni zamanda bir sıra digər mallar üçün daha aşağı rüsumları nəzərdə tutur.

Gundelik.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən xəbər verir.

Məlumata görə, Aİ əczaçılıq, alkoqol, yarımkeçiricilər və sərnişin təyyarələri kimi əsas sektorlar üzrə tariflərin aşağı salınmasını istəyir. Aİ həmçinin ABŞ-dən tarifləri effektiv şəkildə avtomobil və avtomobil hissələrinə 25%-ə, polad və alüminiuma isə 50%-ə endirmək üçün kvota və güzəştlər axtarır.

Agentliyin həmsöhbətləri həmçinin bildiriblər ki, Avropa komissarı Maroş Şefçoviç ticarət danışıqlarını sürətləndirmək üçün bu həftə Vaşinqtona səfər edəcək.

Aİ hələ də müvəqqəti saziş bağlamağa ümid edir, lakin bunun nə qədər davam edəcəyini bilmir. AK həmçinin avtomobil və metallara tariflər məsələsinin, eləcə də ABŞ-nin gələcək tariflərlə bağlı planlarının ilk növbədə müzakirə olunmasını istəyir. Bundan əlavə, Aİ ABŞ-yə mayeləşdirilmiş təbii qaz və süni intellekt texnologiyaları kimi strateji malların alınması məsələsini öyrənməyi təklif edib.
İyunun 30-da AK ABŞ-dən tariflər, qeyri-tarif maneələri və strateji əməkdaşlıqla bağlı təkliflər aldığını bildirsə də, detalları açıqlamayıb.

Aİ hesab edir ki, ABŞ tarifləri hazırda Aİ-nin 380 milyard avro dəyərində ixracına təsir edir.

Gundelik.az